Yenidoğulmuşların reanimasiyası

İştirakçı kateqoriyası: neonatoloqlar, mama-ginekoloqlar, neonatal profilli anestezioloq və reanimatoloqlar, pediatrlar, qəbul şöbəsi həkimləri.

Təhsil forması: əyani. 

Proqramın müddəti: 18 akademik saat; 2 gün 

İştirakçı sayı: 6-10. 

Proqramın vəzifələri: 

  • Əsas reanimasiya tədbirlərinin keçirilməsində təməl ardıcılıq prinsiplərinin öyrədilməsi. 
  • Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsi.. 
  • Vaxtından əvvəl doğulmuş körpələrdə stabilləşmə və reanimasiya tədbirlərinin görülməsi alqoritmlərinin öyrədilməsi. 
  • Reanimasiyadan sonra yenidoğulmuşlara qayğı prinsiplərinin mənimsənilməsi.  
  • Kritik hallarda işə komanda yanaşması prinsiplərinin öyrədilməsi. 

 Kursun üstünlükləri:  

  • Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu. 
  • Praktik bacarıqların təkmiləşdirilməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə. 
  • Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi. 

Tədris proqramı:

  1. İlkin test sınağı.
  2. Yenidoğulmuşalrın reanimasiyası prinsipləri, reanimasiyaya hazırlıq. Aktual beynəlxalq protokolunda innovasiyalar..
  3. Neonatal qulluqda ilkin fəaliyyət.
  4. Müsbət təzyiq ilə ventilyasiya.
  5. Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsinin alternativ yolları.
  6. Qapalı ürək masajı.
  7. Dərman vasitələri..
  8. Vaxtından əvvəl doğulmuş körpələrin reanimasiyası və stabilləşdirilməsi. 
  9. Reanimasiyadan sonra qulluq. Həyatın sonlanması zamanı qulluq, etik suallar.
  10. Klinik halların təhlili.
  11. Yekun qiymətləndirmə:

  — Teoretik biliklərin test sınağı;  

— Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların test sınağı. 

 

Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur. 

Qeydiyyat

Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!

(Visited 43 times, 1 visits today)