Təməl ürək-ağciyər reanimasiyası
İştirakçı kateqoriyası: cərrahi profilli həkimlər, pediatrlar, anestezioloq-reanimatoloqlar, qəbul şöbəsinin həkimləri, həkim-rezidentlər, tibb universitetlərinin tələbələri (4-6 kurslar), əhali.
Təhsil forması: əyani.
Proqramın müddəti: 6 akademik saat; 1 gün
İştirakçı sayı: 8-10.
Proqramın vəzifələri:
- Hospitala qədərki mərhələdə effektiv təməl ürək-ağciyər reanimasiyasının (TÜAR) keçirilməsinin vacibliyinin və sağ qalmağa olan təsirinin izahı.
- "Sağ qalma zənciri" mərhələlərinin təsviri.
- TÜAR keçirilməsi üçün göstəricilərin müəyyən edilməsi..
- Böyüklər, uşaqlar və körpələr üçün TÜAR həyata keçirməsinin praktiki bacarıqlarının öyrədilməsi.
- Böyüklərdə, uşaqlarda və körpələrdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı yardım göstərmə alqoritminin öyrədilməsi.
- Avtomatlaşdırılmış xarici defibrilatorun (AED) vaxtında istifadəsi üçün göstəricilərin müəyyənləşdirilməsi və istifadəsinin nümayişi.
- Kritik hallarda işə komanda yanaşması prinsiplərinin öyrədilməsi.
- Aktual beynəlxalq protokol tələblərinə uyğun olaraq TÜAR-ın keçirilməsinin öyrədilməsi.
Kursun üstünlükləri:
- Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu.
- Praktik bacarıqların yiyələnməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə.
- Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi.
Tədris proqramı:
- İlkin test sınağı.
- Böyüklər üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri.
- Uşaqlar və körpələr üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri.
- AED istifadə alqoritmləri.
- Uşaqlarda və böyüklərdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı yardım göstərmə alqoritmləri.
- Klinik halların təhlili.
- Yekun qiymətləndirmə:
— Teoretik biliklərin test sınağı;
Simulyasiya avadanlıqlarından istifadə edərək praktik biliklərin test sınağı.
Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur.
Qeydiyyat
Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!
(Visited 145 times, 1 visits today)