Yenidoğulmuşların reanimasiyası
İştirakçı kateqoriyası: neonatoloqlar, mama-ginekoloqlar, neonatal profilli anestezioloq və reanimatoloqlar, pediatrlar, qəbul şöbəsi həkimləri.
Təhsil forması: əyani.
Proqramın müddəti: 18 akademik saat; 2 gün
İştirakçı sayı: 6-10.
Proqramın vəzifələri:
- Əsas reanimasiya tədbirlərinin keçirilməsində təməl ardıcılıq prinsiplərinin öyrədilməsi.
- Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsi..
- Vaxtından əvvəl doğulmuş körpələrdə stabilləşmə və reanimasiya tədbirlərinin görülməsi alqoritmlərinin öyrədilməsi.
- Reanimasiyadan sonra yenidoğulmuşlara qayğı prinsiplərinin mənimsənilməsi.
- Kritik hallarda işə komanda yanaşması prinsiplərinin öyrədilməsi.
Kursun üstünlükləri:
- Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu.
- Praktik bacarıqların təkmiləşdirilməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə.
- Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi.
Tədris proqramı:
- İlkin test sınağı.
- Yenidoğulmuşalrın reanimasiyası prinsipləri, reanimasiyaya hazırlıq. Aktual beynəlxalq protokolunda innovasiyalar..
- Neonatal qulluqda ilkin fəaliyyət.
- Müsbət təzyiq ilə ventilyasiya.
- Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsinin alternativ yolları.
- Qapalı ürək masajı.
- Dərman vasitələri..
- Vaxtından əvvəl doğulmuş körpələrin reanimasiyası və stabilləşdirilməsi.
- Reanimasiyadan sonra qulluq. Həyatın sonlanması zamanı qulluq, etik suallar.
- Klinik halların təhlili.
- Yekun qiymətləndirmə:
— — Teoretik biliklərin test sınağı;
— Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların test sınağı.
Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur.
Qeydiyyat
Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!
(Visited 43 times, 1 visits today)