İlk yardım

İştirakçı kateqoriyası: cərrahi profilli həkimlər, pediatrlar, anestezioloq-reanimatoloqlar, qəbul şöbəsinin həkimləri, həkim-rezidentlər, tibb universitetlərinin tələbələri (4-6 kurslar), əhali.

Təhsil forması: əyani. 

Proqramın müddəti: 6 akademik saat; 1 gün 

İştirakçı sayı: 8-10. 

Proqramın vəzifələri: 

  • Hospitala qədərki mərhələdə effektiv təməl ürək-ağciyər reanimasiyasının (TÜAR) keçirilməsinin vacibliyinin və sağ qalmağa olan təsirinin izahı.
  • "Sağ qalma zənciri" mərhələlərinin təsviri. 
  • TÜAR keçirilməsi üçün göstəricilərin müəyyən edilməsi.. 
  • Böyüklər, uşaqlar və körpələr üçün TÜAR həyata keçirməsinin praktiki bacarıqlarının aktual beynəlxalq protokol tələblərinə uyğun oalraq öyrədilməsi.
  • Böyüklərdə, uşaqlarda və körpələrdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı yardım göstərmə alqoritminin öyrədilməsi. 
  • Avtomatlaşdırılmış xarici defibrilatorun (AED) vaxtında istifadəsi üçün göstəricilərin müəyyənləşdirilməsi və istifadəsinin nümayişi.
  • Kritik hallarda işə komanda yanaşması prinsiplərinin öyrədilməsi. 
  • Travmalar, sınıqlar, qanaxmalar, yanıqlar zamanı ilk yardım göstərmə prinsipləri haqda teoretik biliklərin öyrədilməsi. 
  • Travmalar, sınıqlar, qanaxmalar və yanıqlar zamanı praktik ilk yardım göstərmə bacarıqlarının öyrədilməsi.. 

 Kursun üstünlükləri:  

  • Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu. 
  • Praktik bacarıqların yiyələnməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə.
  • Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi. 

Tədris proqramı:

  1. İlkin test sınağı. 
  2. Böyüklər üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri.  
  3. Uşaqlar və körpələr üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri.  
  4. AED istifadə alqoritmləri.  
  5. Uşaqlarda və böyüklərdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı ilk yardım göstərmə alqoritmləri.  
  6. Bronxial astma tutmaları zamanı ilk yardımın göstərilməsi alqoritmləri 
  7. Huş itirmə zamanı ilk yardımın göstərilməsi alqoritmləri. Bərpa vəziyyəti. 
  8. Allergik reaksiyalar, hipoglikemiya və huşun itirilməsi zamanı ilk yardımın göstərilməsi alqoritmləri. 
  9. Ürək tutmasının, insultun və qıc olmanın ilk əlamətləri zamanı ilk yardım göstərilməsi alqoritmləri.  
  10. Travmalar, sınıqlar, qanaxmalar və yanıqlar zamanı ilk yardımın göstərilməsi alqoritmləri.  
  11. Klinik halların təhlili. 
  12. Yekun qiymətləndirmə: 

— Teoretik biliklərin test sınağı;

Simulyasiya avadanlıqlarından istifadə edərək praktik biliklərin test sınağı.

 

Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur. 

Qeydiyyat

Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!

(Visited 77 times, 1 visits today)