Təməl ürək-ağciyər reanimasiyası

İştirakçı kateqoriyası: cərrahi profilli həkimlər, pediatrlar, anestezioloq-reanimatoloqlar, qəbul şöbəsinin həkimləri, həkim-rezidentlər, tibb universitetlərinin tələbələri (4-6 kurslar), əhali.

Təhsil forması: əyani. 

Proqramın müddəti: 6 akademik saat; 1 gün 

İştirakçı sayı: 8-10. 

Proqramın vəzifələri: 

  • Hospitala qədərki mərhələdə effektiv təməl ürək-ağciyər reanimasiyasının (TÜAR) keçirilməsinin vacibliyinin və sağ qalmağa olan təsirinin izahı.
  • "Sağ qalma zənciri" mərhələlərinin təsviri. 
  • TÜAR keçirilməsi üçün göstəricilərin müəyyən edilməsi.. 
  • Böyüklər, uşaqlar və körpələr üçün TÜAR həyata keçirməsinin praktiki bacarıqlarının öyrədilməsi.
  • Böyüklərdə, uşaqlarda və körpələrdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı yardım göstərmə alqoritminin öyrədilməsi. 
  • Avtomatlaşdırılmış xarici defibrilatorun (AED) vaxtında istifadəsi üçün göstəricilərin müəyyənləşdirilməsi və istifadəsinin nümayişi.
  • Kritik hallarda işə komanda yanaşması prinsiplərinin öyrədilməsi. 
  • Aktual beynəlxalq protokol tələblərinə uyğun olaraq TÜAR-ın keçirilməsinin öyrədilməsi.

 Kursun üstünlükləri:  

  • Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu. 
  • Praktik bacarıqların yiyələnməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə.
  • Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi. 

Tədris proqramı:

  1. İlkin test sınağı. 
  2. Böyüklər üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri. 
  3. Uşaqlar və körpələr üçün təməl ürək-ağciyər reanimasiyasının keçirilməsi alqoritmləri. 
  4. AED istifadə alqoritmləri. 
  5. Uşaqlarda və böyüklərdə yuxarı tənəffüs yollarının obstruksiyası zamanı yardım göstərmə alqoritmləri. 
  6. Klinik halların təhlili.
  7. Yekun qiymətləndirmə:

— Teoretik biliklərin test sınağı;

Simulyasiya avadanlıqlarından istifadə edərək praktik biliklərin test sınağı.

 

 

Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur. 

Qeydiyyat

Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!

(Visited 145 times, 1 visits today)