Genişləndirilmiş ürək-ağciyər reanimasiyası
İştirakçı kateqoriyası: cərrahi profilli həkimlər, pediatrlar, anestezioloq-reanimatoloqlar, qəbul şöbəsinin həkimləri, həkim-rezidentlər, tibb universitetlərinin tələbələri (4-6 kurslar).
Təhsil forması: əyani.
Proqramın müddəti: 16 akademik saat; 2 gün
İştirakçı sayı: 6-10.
Proqramın vəzifələri:
- Pediatrik profilli pasiyentlərdə təməl ürək-ağ ciyər reanimasiyasının (TÜAR) keçirilmə prosedurunun nümayişi və avtomatlaşdırılmış xarici defibrilatorun (AED) işlədilməsi.
- Həyati təhlükəli vəziyyətlərin qiymətləndirilməsi qaydalarının öyrədilməsi.
- ABCDE alqoritminə uyğun olaraq kritik halların aşkarlanma texnikasının və müalicəsinin öyrədilməsi.
Kursun üstünlükləri:
- Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu.
- Praktik bacarıqların təkmiləşdirilməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə.
- Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi.
Tədris proqramı:
- İlkin test sınağı.
- İlkin qiymətləndirmə mərhələləri. ABCDE alqoritminin istifadə prinsipləri.
- İkinci qiymətləndirmə mərhələləri.
- Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsi.
- Ürək dayanmasının növləri, səbəbləri və müalicəsi.
- Aritmiyaların qiymətləndirilməsi: taxikardiya və VT, VF, PEA müalicəsi; bradikardiya və müalicəsi. Manual defibrilatorun istifadəsi.
- Şokun növləri: septik, kardiogen, travmatik və hemorragik.
- Tənəffüs çatışmazlığı: növləri, ilk yardım, müalicə.
- Ürək dayanmasından sonrakı müddət. Qiymətləndirmə və sonrakı fəaliyyət. Reanimasiyanın etik və hüquqi nöqteyi-nəzəri.
- Klinik halların təhlili.
Yekun qiymətləndirmə:
— Teoretik biliklərin test sınağı;
Simulyasiya avadanlıqlarından istifadə edərək praktik biliklərin test sınağı.
Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur.
Qeydiyyat
Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!
(Visited 126 times, 1 visits today)