Əməkdaşlıq memorandumu

Əməkdaşlıq memorandumu

Tibbin müxtəlif sahələrində birgə elmi tədqiqatların aparılması və beynəlxalq əhəmiyyət kəsb edən davamlı tibbi təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi ilə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanmış əməkdaşlıq memorandumuna əsasən tibbi təlimlərin sertifikatlaşdırılmasının, elmi-praktik tədbirlərin və tədqiqatların və həmçinin birgə təlim proqramıarının təşkili planlaşdırılır.
Bundan əlavə, Azərbaycan Respublikası Gömrük Komitəsinin DTXİ-nin Elmi-Praktik və Tədris Mərkəzi ilə İ.M.Seçenov adına BMDTU-nun Bakı filialının Tədris-Simulyasiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində, ekspert mübadiləsinin həyata keçirilməsi, nəzəri biliklərin və simulyasiya tədrisi vasitəsi ilə mütəxəssislərin praktiki bacarıqlarının mükəmməlləşdirilməsi üçün birgə tədbirlər planlaşdırılır.

(Visited 56 times, 1 visits today)