AMSEC Bakı Sağlamlıq Mərkəzi klinikasının əməkdaşları üçün BLS üzrə silsilə təlimlər keçirmişdir

AMSEC Bakı Sağlamlıq Mərkəzi klinikasının əməkdaşları üçün BLS üzrə silsilə təlimlər keçirmişdir

İlk yardımın əsas məqsədi həyat xilas etmək üçün sadə tədbirlərin təşkili, ağrıların azaldılması və zərərçəkmişdə mümkün ola biləcək ağırlaşma hallarının qarşısını almaqdır. Bir çox məişət hadisələrində insanın taleyi hadisədən sonra yardımın nə qədər tez göstərildiyindən və bunun nə dərəcədə peşəkar olduğundan asılı olur. Məhz AMSEC kurslarında ilk yardım göstərilməsi prinsip və bacarıqlarını həm nəzəri, həm də praktiki olaraq qavramaq olar.

29 sentyabr – 2 oktyabr 2020-ci il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı nəznində yaradılmış Azərbaycan Tibb Tədris-Simulyasiya Mərkəzinin AMSEC mütəxəssisləri, Bakı Sağlamlıq Mərkəzi klinikasının orta tibb personalı üçün təməl ürək-ağciyər reanimasiyası üzrə təlimlər hazırlamışdırlar. AMSEC müəllimləri orta və kiçik tibb personalı üçün interaktiv formada dərslər keçirdilər. Təlimlərdə 100-dən çox adam iştirak etdi.

AMSEC tibb işçiləri üçün təlimlərin əhatə dairəsini genişləndirmək, xüsusən də həkimlərin praktiki bacarıq və səriştələrini təkmilləşdirmək üçün seminarlar təşkil etməyi planlaşdırır.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!
Telefon : +994 50 734 77 90
Ünvan: AZ11110, Баку, ул. Насиббей Юсифбейли
E-mail [email protected]

(Visited 168 times, 1 visits today)