Pediatriyada genişləndirilmiş ürək-ağciyər reanimasiyası

İştirakçı kateqoriyası: cərrahi profilli həkimlər, pediatrlar, anestezioloq-reanimatoloqlar, qəbul şöbəsinin həkimləri, həkim-rezidentlər, tibb universitetlərinin tələbələri (4-6 kurslar).

Təhsil forması: əyani. 

Proqramın müddəti: 16 akademik saat; 2 gün 

İştirakçı sayı: 6-10. 

Proqramın vəzifələri: 

  • Pediatrik profilli pasiyentlərdə təməl ürək-ağ ciyər reanimasiyasının (TÜAR) keçirilmə prosedurunun nümayişi və avtomatlaşdırılmış xarici defibrilatorun (AED) işlədilməsi. 
  • Həyati təhlükəli vəziyyətlərin qiymətləndirilməsi qaydalarının öyrədilməsi. 
  • ABCDE alqoritminə uyğun olaraq kritik halların aşkarlanma texnikasının və müalicəsinin öyrədilməsi. 

 Kursun üstünlükləri:  

  • Aktual konseptlərin işlədilməsi, tibbdə simulyasiya tədrisinin müasir standartlara və normalara uyğunluğu. 
  • Praktik bacarıqların təkmiləşdirilməsi üçün gövdələrdən, fantomlardan, robot-simulyatorlardan və simulyasiya auditoriyalarından istifadə. 
  • Simulyasiya avadanlıqlarının istifadəsi ilə əldə olunmuş praktik bacarıqların obyektiv qiymətləndirilməsi. 

Tədris proqramı:

  1. İlkin test sınağı.
  2. İlkin qiymətləndirmə mərhələləri. ABCDE alqoritminin istifadə prinsipləri. 
  3. İkinci qiymətləndirmə mərhələləri. 
  4. Tənəffüs yollarının keçirmə qabilliyətinin təmin edilməsi. 
  5. Ürək dayanmasının növləri, səbəbləri və müalicəsi. 
  6. Aritmiyaların qiymətləndirilməsi: taxikardiya və VT, VF, PEA müalicəsi; bradikardiya və müalicəsi. Manual defibrilatorun istifadəsi.
  7. Şokun növləri: septik, kardiogen, travmatik və hemorragik. 
  8. Tənəffüs çatışmazlığı: növləri, ilk yardım, müalicə.
  9. Ürək dayanmasından sonrakı müddət. Qiymətləndirmə və sonrakı fəaliyyət. Reanimasiyanın etik və hüquqi nöqteyi-nəzəri.
  10. Klinik halların təhlili.

Yekun qiymətləndirmə:

— Teoretik biliklərin test sınağı;  

Simulyasiya avadanlıqlarından istifadə edərək praktik biliklərin test sınağı.

 

Təlimin uğurla sonlanması nəticəsində sertifikat təqdim olunur. 

Qeydiyyat

Formanı doldurun və kurs üçün qeydiyyatdan keçin!

(Visited 63 times, 1 visits today)